Təmir və dizayn işlərini Premium. Səviyyədə görürük.

Peşəkar təmir, interyer dizayn və tamamlama işləri — layihədən təhvilə qədər bütün proses Jafarlı Group tərəfindən yüksək ustalıq və ən son texnologiya ilə həyata keçirilir. Mənzil, villa, ofis və kommersiya məkanları üçün fərdi dizayn və yüksək keyfiyyətli təmir həlləri təqdim edirik.

Məkanınızı xəyalınızdan gerçəyə çeviririk. Premium xidmət.

Fərdi dizayn konsepsiyası, sıfır xətalı texniki planlaşdırma və açar təslimi təmir xidməti. Sürpriz xərclər olmadan, dəqiq vaxtında və rəsmi zəmanətlə xəyalınızdakı rahatlığı yaradırıq.

İş prosessi

Keyfiyyətli təmirin addımları

Jafarlı Group təmir, interyer dizayn və məkanların yenilənməsi üzrə fəaliyyət göstərən peşəkar şirkətdir. Bizim üçün hər layihə sadəcə divarların rənglənməsi və materialların dəyişdirilməsi deyil. Məqsədimiz müştərinin ehtiyaclarını, zövqünü və büdcəsini nəzərə alaraq funksional, estetik və uzunömürlü məkan yaratmaqdır.

İlkin görüş

Müştərinin istəyini, ehtiyaclarını və layihənin xüsusiyyətlərini öyrənirik. Uğurlu layihənin bünövrəsi düzgün ünsiyyətdən başlayır. Bu mərhələdə sizin həyat tərzinizi, estetik zövqünüzü, funksional tələblərinizi və xəyalınızdakı məkanı dərindən analiz edirik. Sual-cavab formatında ətraflı brifinq tərtib olunur, texniki imkanlar və büdcə çərçivəsi ilkin olaraq üst-üstə calanır.

Smetanın hesablanması

Məkanın 3D lazer avadanlıqları vasitəsilə sıfır xəta ilə arxitektura ölçüləri götürülür. Mövcud kommunikasiya xətlərinin, divar və tavanların texniki vəziyyəti qiymətləndirilir. Müəyyən olunmuş iş həcmi əsasında material, işçilik və digər xərcləri tam əks etdirən, sürpriz xərclər yaratmayan şəffaf smeta sənədi hazırlanır.

Dizayn və 3D vizuallaşdırma

Məkanın erqonomikasını və estetikasını birləşdirən eksklüziv konsept işlənilir. Otaqların funksional zonalaşdırılması, mebel yerləşimi, rəng palitrası və işıqlandırma ssenariləri təyin olunur. Fotorealist 3D renderlər sayəsində təmir başlamazdan öncə gələcək məkanınızı bütün detalları ilə görür, istədiyiniz dəyişiklikləri rahatlıqla edirsiniz.

Material və usta planlama

Dizayn təsdiqləndikdən sonra usta briqadası üçün tam texniki çertyojlar paketi (elektrik, santexnika, tavan, döşəmə, divar açılışları və s.) hazırlanır. Bütün bəzək və tikinti materialları (kafel, parket, boya, işıqlandırma, mebel materialları) sizinlə birgə seçilir, icra qrafiki və dəqiq təhvil tarixi müqavilə ilə rəsmiləşdirilir.

Təmir işləri və nəzarət

Təcrübəli usta heyətimiz təsdiqlənmiş texniki layihəyə və tikinti normativlərinə tam uyğun olaraq icraya başlayır. Qara təmir, kommunikasiya montajı və incə bəzək işləri mərhələli şəkildə həyata keçirilir. Layihə müəllifi və meneceri tərəfindən daimi müəllif nəzarəti aparılır, sizə mütəmadi foto və video hesabatlar təqdim olunur.

Yoxlama,təmizlik və təhvil

Təmir işləri tamamlandıqdan sonra bütün mühəndis sistemləri (elektrik, santexnika, havalandırma) sınaqdan keçirilir, mikroskopik defekt yoxlaması aparılır. Məkan peşəkar təmizlik komandası tərəfindən təmizlənir, mebellər yerləşdirilir. Açar tam hazır, yaşayışa və ya fəaliyyətə yararlı vəziyyətdə, rəsmi zəmanətlə sizə təhvil verilir.

İşlərimiz

Həyata keçirdiyimiz layihələr

Hər layihənin öz xarakteri, üslubu və məqsədi var. Jafarlı Group olaraq müxtəlif yaşayış və kommersiya məkanlarında həyata keçirdiyimiz layihələri təqdim edirik. Premium interyer yalnız bahalı materiallardan ibarət deyil. Düzgün planlaşdırma, materialların harmoniyası, işıqlandırma, funksionallıq və detallara diqqət məkanı premium edən əsas elementlərdir. Jafarlı Group olaraq hər bir detalı ümumi konsepsiyanın bir hissəsi kimi qiymətləndiririk.

Müştərilər

Müştəri fikirləri

Naruto Uzumaki

Ağ şəhərdə təmiri vaxtında  bitirdilər.

Keyfiyyətli material. Düzgün nəticə. Təmirin uzunömürlü olması üçün material seçimi xüsusi əhəmiyyət daşıyır. Layihənin xüsusiyyətlərinə və büdcəyə uyğun materialların seçilməsində müştərilərimizə dəstək göstəririk. Döşəmə | Divar örtükləri | Santexnika | İşıqlandırma | Qapılar | Boya | Dekorativ materiallar

Shikamaru Nara

Sea Breezdəki evimi işlədir. Uğurlar!

İş prosesindən, keyfiyyətdən və komandaların yanaşmasından razı qaldım. Xüsusilə detallara diqqət və işlərin vaxtında görülməsi mənim üçün önəmli idi. Jafarlı Group komandasına təşəkkür edirəm. Uğurlar arzulayıram!

Sasuke Uchiha

Mərdəkandakı bağ evi möhtəşəm iş!

Komandanın peşəkarlığı, detallara diqqəti və işə yanaşması həqiqətən təqdirəlayiqdir. Evimiz tam istədiyimiz kimi, zövqlü və keyfiyyətli şəkildə yeniləndi. Əməyi keçən hər kəsə təşəkkür edirik. Möhtəşəm iş!”

Haqqımızda

Dəqiqlik və keyfiyyətə önəm veririk

Mənzilinizi sıfırdan təhvilə qədər yeniləyirik. Təmir prosesinin bütün mərhələlərini peşəkar şəkildə idarə edirik. Məkanın ölçülərinə, funksiyasına və müştərinin zövqünə uyğun fərdi interyer konsepsiyası hazırlayırıq. Böyük və kompleks layihələr üçün fərdi yanaşma tətbiq edirik. Villa və fərdi evlərin həm daxili, həm də xarici görünüşünün konseptual şəkildə hazırlanmasını və təmirini həyata keçiririk. Biznesinizin imicinə uyğun funksional və müasir iş məkanları yaradırıq. Ofis, mağaza, restoran, salon və digər kommersiya obyektləri üçün dizayn və təmir xidmətləri.

Bizimlə əlaqə

Sizə bir zəng qədər yaxınıq 

Təmir üçün məkan və Ağlınızda möhtəşəm bir layihə var? Bu işi bizə etibar edə bilərsiz. Bizə mesaj göndərin.

Ünvan 

 Bakı, Azərbaycan | Azadlıq pros. 105

Əlaqə telefonu

office@jafarligroup.az
+994 77 447 11 11